Bank Of Baku

Nəsimi rayonunda naməlum kişi meyiti tapılıb

Nəsimi rayonunda naməlum kişi meyiti tapılıb
# 17 iyun 2008 12:46 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. Nəsimi rayonunun Cavadxan küçəsində yerləşən 9 saylı orta məktəbin arxasında naməlum kişi meyiti tapılıb. Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ilkin araşdırmalar zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Mərhumun tüfeyli həyat tərzi keçirdiyi ehtimal olunur. Hələlik ölən şəxsin kimliyi müəyyənləşdirilməyib, onun təxminən 40-45 yaşlarında olduğu bildirilir.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR