Bank Of Baku

Azərbaycanın xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov mayın 8-də MTN tərəfindən xidmət etdiyi hərbi hissədə həbs olunub

Azərbaycanın xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov mayın 8-də MTN tərəfindən xidmət etdiyi hərbi hissədə həbs olunub
# 17 iyun 2008 16:32 (UTC +04:00)
Bu sözləri APA-ya xalq artisti İlhamə Quliyevanın hazırda həbsdə olan oğlu Orxan Nadirovun vəkili Seyfəddin Əliyev deyib. İstintaqın MTN-in İstintaq İdarəsində aparıldığını bildirən vəkil O. Nadirovun Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunduğunu, barəsində 3 aylıq həbs-qətimkan tədbirinin seçildiyini deyib. Vəkil cinayət işinin qrup şəkildə olduğunu, hazırda istintaq hərəkətlərinin davam etdirildiyini bildirib. MTN-in İstintaq Təcridxanasında saxlanılan O. Nadirovla bir həftə əvvəl görüşdüyünü söyləyən S. Əliyev onun özünü təqsirli bilmədiyini vurğulayıb.
Qeyd edək ki, bu işlə bağlı Bakının sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov və Yalçın Həsənov da həbs olunublar. M. Mirsalamov və Y. Həsənov da Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilirlər. Bu hadisələrlə bağlı İ. Quliyevanın oğlu O. Nadirovla yanaşı, bəstəkar-müğənni Tunar Rəhmanoğlu da istintaqa cəlb edilib. T. Rəhmanoğlu APA-ya MTN-ə çağırıldığını təsdiqləyib, bir həftə öncə istintaqa ifadə verdiyini və bundan sonra MTN-ə çağırılmadığını bildirib.
Onu da əlavə edək ki, Orxan Əhmədağa oğlu Nadirov İ. Quliyevanın doğma övladı deyil, müğənninin xalası qızı Lalə xanımın oğludur. İ. Quliyeva Orxanı övladlığa qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR