Bank Of Baku

Volqoqradda azərbaycanlılarla ermənilər arasında insident ermənilərin soydaşlarımıza hücumu nəticəsində baş verib

Volqoqradda azərbaycanlılarla ermənilər arasında insident ermənilərin soydaşlarımıza hücumu nəticəsində baş verib
# 17 iyun 2008 16:49 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Volqoqradda ermənilərlə azərbaycanlılar arasında baş verən insident zamanı saxlanmış Asif və Bəkir adlı soydaşlarımızın əmioğlusu Elman Cəfərov verib. Onun sözlərinə görə, Asif və Bəkir işdən sonra kafedə şam yeməyi yeyən zaman bir neçə erməni onların üstünə hücum ediblər. Ermənilərin hücumu söyüş və təhqirlərlə müşayiət olunub. Elman Cəfərov hadisənin, Rusiya kütləvi informasiya vasitələrində işıqlandırıldığı kimi, məişət zəminində baş vermədiyini bildirib və insidentə ermənilərin azərbaycanlılara hücum etməsinin səbəb olduğunu deyib.
Qeyd edək ki, Rusiya KİV-in yaydığı məlumata görə, Volqoqrad vilayətinin Staropoltavsk rayonunda azərbaycanlılarla ermənilər arasında insident baş verib. “Voyaj” kafesində baş verən insident iki erməninin bıçaqlanması ilə nəticələnib. Ağır bıçaq yarası alan ermənilərdən biri ölüb, o biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları qətlə cəhd etmək maddəsi üzrə cinayət işi başlayıblar. Faktla bağlı 1985 və 1986-cı il təvəllüdlü iki azərbaycanlı saxlanıb, məhkəmənin qərarı ilə onlar haqqında həbs-qətimkan tədbiri seçilib. Hər iki şəxs 15 ildir Volqoqradda kənd təsərrüfatı sahəsində çalışırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR