Bank Of Baku

Azərbaycanda hamilə qadın məhkəmə zalında həbs olunub

Azərbaycanda hamilə qadın məhkəmə zalında həbs olunub
# 18 iyun 2008 12:45 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iş adamı Firavan Məmmədovun mənzilinə basqın etməkdə təqsirləndirilən mütəşəkkil dəstənin 3 üzvünə hökm oxunub. APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dəstə üzvləri Ruslan Allahverdiyev 13 il, Ələsgər Kərimov 11 il, Zaur Nağıyev 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Cinayətdə iştirakı müəyyənləşdirilən R. Allahverdiyevin həyat yoldaşı Nailə Kruqliyeva isə məhkəmə zalında həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, F. Məmmədovun xalası qızı olan N. Kruqliyeva 8 aylıq hamilədir. İttiham aktına əsasən, dəstə üzvləri bu ilin yanvarında F. Məmmədovun mənzilinə basqın edərək 11400 manat pul və qızıl-zinət əşyalarını oğurlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR