Bank Of Baku

Külli miqdarda çətənə kolu məhv edilib

Külli miqdarda çətənə kolu məhv edilib
# 18 iyun 2008 14:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Balakən rayonunda küllü miqdarda çətənə kolu aşkarlanıb. Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumat görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rayon polisi ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Poçbinə kəndi ərazisində yabanı halda bitmiş ümumi çəkisi 1 tona yaxın olan 2000 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. DİN mətbuat xidmətindən isə bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Yevlax RPŞ əməkdaşları tərəfindən Rüstəm kəndində yabanı halda bitmiş, çəkisi 1 ton olan 300 kiloqram olan 13500 ədəd, Hacıqabul RPŞ əməkdaşları tərəfindən Ağacanlı kəndində yabanı halda bitmiş, çəkisi 108 kiloqram olan 138 ədəd çətənə kolu, Ağcabədi RPŞ əməkdaşları tərəfindən rayon ərazisindən yabanı halda bitmiş, çəkisi 350 kiloqram olan 475 ədəd kənaf kolu yığılaraq məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR