Bank Of Baku

Dustaqlar həbsxanada qiyam qaldırıb

Dustaqlar həbsxanada qiyam qaldırıb
# 18 iyun 2008 16:37 (UTC +04:00)
Rostov-APA. Rostov cəzaçəkmə müəssisələrindən birində qiyam baş verib. APA-nın məlumatına görə, səhər saatlarında həbsxana rəhbərliyinin kameralarda axtarış-yoxlama əməliyyatı keçirməsi məhbusların narazılığına səbəb olub. Nəticədə məhbuslarla həbsxana nəzarətçiləri arasında toqquşma baş verib. Toqquşma sonradan əsl qiyama çevrilib. İlkin məlumata görə, qiyamda 2 minə yaxın məhbus iştirak edir. Qiyamın yatırılması üçün əraziyə xüsusi təyinatlı qüvvələr yeridilib. Rusiya mətbuatı məhbuslar, həbsxana nəzarətçiləri və xüsusi təyinatlılar arasında yaralıların olduğu barədə məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR