Bank Of Baku

İnsan alverində təqsirləndirilən mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub

İnsan alverində təqsirləndirilən mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub
# 19 iyun 2008 08:37 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə insan alverində təqsirləndirilən mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub. APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən Səadət Məmmədova 4 il, Bilal İsayev 9 il, Zahid Zeynalov 9 il, Zahir Zeynalov isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Dəstə üzvləri Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham olunublar. Təqsirləndirilən şəxslər 2005-2006-cı illərdə Şəmkir rayonu Düyərli kənd sakinləri Esmira, Şəlalə və Şəhla Bayramova bacılarını külli miqdarda gəlir əldə etmək məqsədi ilə Gəncə şəhərində təşkil etdikləri evdə cinsi istismara məcbur ediblər. Prosesdə zərərçəkmiş şəxslər ifadə verərək dəstə üzvlərinin onları aldadaraq Gəncə şəhərinə apardıqlarını, üzərlərində olan qızıl-zinət əşyalarını, 100 manat pullarını, telefonlarını aldıqlarını, həmçinin döyərək təhqir etdiklərini deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR