Bank Of Baku

Axtarışda olan Lənkəran sakini həbs olunub

Axtarışda olan Lənkəran sakini həbs olunub
# 19 iyun 2008 10:36 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2007-ci ilin yanvarından axtarışda olan rayonun Separadi kənd sakini, 1965-ci il təvəllüdlü Sərhəd Məmmədov yaxalanıb. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Polis Şöbəsinin müstəntiqi Rövşən Rəşidov məlumat verib. O bildirib ki, təqsirləndirilən şəxs 2007-ci il yanvarın 26-da idarə etdiyi “QAZ-31029” markalı, 10 DF 283 dövlət nömrə nişanlı avtomaşınla Lənkəran-Boradigah şose yolunun Vilvan kəndi ərazisində 7 piyadanı vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və istintaqdan gizlənib. Faktla bağlı Lənkəran Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1 maddəsi il cinayət işi açılıb, təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR