Bank Of Baku

Ümumdünya Rus Xalq Yığıncağı azərbaycanlı sərkərdə Hüseyn xan Naxçıvanskinin adının Rusiyada əbədiləşdirilməsini təklif edib

Ümumdünya Rus Xalq Yığıncağı azərbaycanlı sərkərdə Hüseyn xan Naxçıvanskinin adının Rusiyada əbədiləşdirilməsini təklif edib
# 19 iyun 2008 15:56 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Ümumdünya Rus Xalq Yığıncağının nümayəndələri Moskva və ya Sankt-Peterburqda küçələrdən birinə Azərbaycan sərkərdəsi Hüseyn xan Naxçıvanskinin adının verilməsini təklif ediblər. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, qurumun Yekaterinburq şöbəsinin həmsədri Sergey Pisarev Hüseyn xan Naxçıvanskinin istedadlı və çar II Nikolaya sadiq sərkərdə olduğunu deyib. Çar taxtından imtina edəndən sonra o, müvəqqəti hökumətə xidmətdən imtina edib və 1919-cu ildə bolşeviklər tərəfindən Petropavlovsk qalasında güllələnib: “Belə sədaqətlilik faktı ictimaiyyətə məlum olmalıdır, niyə Moskva və yaxud Sankt-Peterburqun küçələrindən birinə Hüseyn xan Naxçıvanskinin adı verilməsin?”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR