Ucar rayon sakini sirkə turşusundan zəhərlənərək ölüb.
APA-nın Şirvan bürosu xəbər verir ki, Ucar rayonunun Qazyan kəndində qeydiyyatda olan 21 yaşlı Kənan Vüqar oğlu Zeynalov müvəqqəti olaraq Göyçay rayonunda kirayə yaşadığı evdə sirkə turşusu içib. Vəziyyəti ağır olan şəxs Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
İlham Əhmədov