Ağdamda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.
Kənd sakini, 1994-cü il təvəllüdlü Qəhrəmanov Mahir Tahir oğlu həmyerlisi, 1999-cu il təvəllüdlü Səmədov Eldəniz Qalib oğlu tərəfindən bıçaqla vurulub. Yaralı M.Qəhrəmanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. E.Səmədov Ağdam Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.