Ağsuda qadın dəm qazından zəhərlənib

Ağsuda qadın dəm qazından zəhərlənib
# 12 yanvar 2020 23:12 (UTC +04:00)

Ağsuda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün Ağsu şəhərinin Xətai küçəsindəki 33 nömrəli mənzildə qeydə alınıb.

Rayon sakini, 1980-ci il təvəllüdlü İslamova Cəmalə Bahadur qızı hamam otağında kustar üsulla quraşdırılan su qızdırıcısının buraxdığı dəm qazı səbəbindən zəhərlənib.

O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR