Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə “Moskva” prospektində baş verib.
“Şamaxinka” adlanan ərazidə yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 1965-ci il təvəllüdlü Əliyev Zaman Həsənağa oğlunu naməlum markalı avtomobil vuraraq hadisə yerindən yayınıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtomobilin sürücüsünün müəyyən edilməsi istiqamətində əməliyyat axtarışlarına başlanılıb.