Bakıda itkin düşən 12 yaşlı Ləman Şahbazova tapılıb.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, L. Şahbazova aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, L. Şahbazova yanvarın 4-də Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb.