Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.
Ət kombinatının yaxlığında 1989-cu il təvəllüdlü Novruzov Kamil Asif oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.