Bakıda bıçaqlanma hadisəsi olub.
APA xəbər verir ki, hadisə paytaxtın Məzahir Rüstəmov küçəsində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Məmmədova Aygül əri ilə dava zamanı bıçaqlanıb. Qadın döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.
İlkin məlumata görə, əri evə gələrkən qadını mənzildə sevgilisi ilə görüb. Bu zaman qadın əri tərəfindən əvvəlcə döyülüb. Daha sonra bıçaqlanıb.