Biləsuvarda 4 otaqlı ev yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Çaylı kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.