Bərdədə 34 yaşlı kişi ehtiyatsızlıqdan elektrik mişarla ayağını kəsib.
APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb.
Kənd sakini Behbudov Xəyyam Behbud oğlu işlədiyi sexdə elektrik mişarla dəmir kəsərkən ehtiyatsızlıqdan sağ ayağını iki yerdən kəsib. X. Behbudov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma aparılır.