Cəlilabadda qanunsuz silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Günəşli kəndi ərazisində qanunsuz ov edən kənd sakini Ş. Hüseynov saxlanılıb.
Ondan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.