Gədəbəydə həmkəndlisini bıçaqlayan şəxs tutulub.
APA -nın yerli bürosunun məlumatına görə, hadisəni törədən şəxs 2004-cü il təvəllüdlü Məmmədov İbrahim Novruz oğludur.
***
4 iyun
22:25
Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çoban kəndində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Fətəliyev Ceyhun Yusif oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Xəstə dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.
25 yaşlı gəncin hansı səbəbdən bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.