İsmayıllıda 18 yaşlı qız itkin düşüb.
APA-nın məlumatına görə, rayonun Ruşan kənd sakini Solmaz Məmmədova rayon Polis Şöbəsinə ərizə müraciət edərək qızı, 2002-ci il təvəllüdlü Ayişə Məmmədovanın ötən gün yaşadıqları evdən xəbərsiz çıxdığını və geri qayıtmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.