İstirahət günləri baş verən yol qəzalarında 7 nəfər ölüb

İstirahət günləri baş verən yol qəzalarında 7 nəfər ölüb
# 25 noyabr 2019 11:00 (UTC +04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində törədilmiş 29 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 7 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR