Bakıda evlərdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xətai rayon polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-də rayon ərazisindəki bir evdən 10 000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Ü.Hacıyev və R.Cavadov saxlanılıblar.
Sabunçu polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 3-də rayon ərazisindəki evlərin birindən 3000 manat pul, 2000 manat dəyərində televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mayılov tutulub.