Mingəçevirdə mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB - FOTO

Mingəçevirdə mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB - FOTO
# 14 yanvar 2020 11:32 (UTC +04:00)

Mingəçevirdə baş verən qəzada yaralananların adları məlum olub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində 1960-cı il təvəllüdlü Qorçiyeva Lamiyə Aydan qızı, 2004-cü il təvəllüdlü Məmmədova Aydan Elsəvər qızı və 1996-cı il təvəllüdlü Əhmədova Türkan Talıb qızı xəsarət alıblar.

***

Saat 11:16

Mingəçevirdə mikroavtobus aşıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin “Qələbə” meydanı ərazisində qeydə alınıb. “Hunday Elantra” markalı maşın 7 saylı xətt üzrə hərəkət edən mikroavtobusla toqquşub. Toqquşmanın təsirindən mikroavtobus aşıb. Qəza nəticəsində bir neçə nəfər xəsarə talıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR