Salyan rayonunda baş vermiş bıçaqlanma zamanı xəsarət alanların kimliyi müəyyən edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Bəydilli kənd sakini, 1987-ci il təvəllüdlü Qasımov Tərlan Əhmədağa oğlu və 1994-cü il təvəllüdlü Səfərov Nicat Həmid oğlu cərrahi əməliyyat olunaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Hər iki şəxs münaqişə zamanı bir nəfər tərəfindən bıçaqlanıb. Həmin şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Saat 19:23
Salyanda iki nəfər bıçaqlanıb.
APA-nın yerli bürosu xəbər verir ki, iki kişi bıçaq xəsarəti ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlar dərhal əməliyyat otağına götürülüb.
İlkin ehtimala görə, həmin şəxslər bir-birini bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.