Sumqayıt şəhəri Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini N. Vəlizadə və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E. Piri Sumqayıt şəhəri ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı N. Vəlizadədən 1,7 kq heroin, E. Piridən isə 1,3 kq tiryək aşkar edilərək götürülüb.