Abşeronda avtomobillər toqquşub.
APA xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.
2001-ci il təvəllüdlü Nicat Süleymanlının idarə etdiyi "Mercedes" markalı avtomobillə Vüqar Quliyevin idarə etdiyi "Ravon Nexia" markalı avtomobil toqquşub.
Nəticədə Nicat Süleymanlı hadisə yerində ölüb. Vüqar Quliyev və sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.