Bank Of Baku

Abşeronda əri tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb

Abşeronda əri tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb
# 04 avqust 2026 11:33 (UTC +04:00)

Dünən Abşeron rayonu, Xırdalan şəhərində xəsarət alması səbəbilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilən 1978-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi Üz-çənə cərrahiyyəsi şöbəsində davam etdirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, dünən Abşeron rayonunda ər arvadını bıçaqlayıb, daha sonra özünü öldürüb. Hadisə Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən mənzildə qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR