Abşeronda iki piyada avtomobil tərəfindən vurularaq ölüb.
APA xəbər verir ki, Xırdalan şəhərində Saleh Çərkəzli idarə etdiyi "İJ 27175" markalı avtomobillə piyada İntiqam Əliyevi vuraraq öldürüb.
Bundan başqa, Digah qəsəbəsində Mərhəməd Xuduyev idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə Ramilə Əzizovanı vuraraq öldürüb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb.