Bank Of Baku

Abşeronda mikroavtobus minik avtomobili ilə toqquşub - FOTO

Abşeronda mikroavtobus minik avtomobili ilə toqquşub - FOTO
# 27 dekabr 2022 08:12 (UTC +04:00)

Abşeron rayonunda Məhəmmədi-Zabrat yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “Mercedes” markalı minik avtomobili ilə “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR