Bank Of Baku

Abşeronda pirotexniki vasitələr satan şəxslər saxlanılıb

Abşeronda pirotexniki vasitələr satan şəxslər saxlanılıb
# 26 dekabr 2025 13:18 (UTC +04:00)

Abşeron rayonunda pirotexniki vasitələr satan iki nəfər saxlanılıb.

APA xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışına qarşı profilaktik tədbir həyata keçirilib. Tədbir zamanı pirotexniki vasitələrin satışı ilə məşğul olan iki nəfər müəyyən olunaraq saxlanılıb.
Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

Həmin şəxslər barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR