Bank Of Baku

Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq edilib

Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq edilib
# 12 noyabr 2026 11:24 (UTC +04:00)

Sabunçu və Abşeron rayonlarında oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxslər polis tərəfindən saxlanılıblar.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu rayonu ərazisində zərərçəkənlərə məxsus ümumi dəyəri 5000 manata yaxın olan məişət əşyaları oğurlanıb. Polisun keçirdiyi tədbirlərlə əməli törədən 29 yaşlı N.Xəlilov müəyyən edilərək saxlanılıb.

Abşeron rayonu ərazisində isə tikiş sexlərindən birindən ümumi dəyəri 15 000 manat olan 50 000 ədəd kisə oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə oğurluq edən 45 yaşlı E.Kərimov, 34 yaşlı N.Quliyev və 36 yaşlı S.Qaraşov müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR