Bank Of Baku

Adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
# 07 avqust 2023 13:53 (UTC +04:00)

Adam oğurluğunda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elxan Valiev və Əli Xangəldiyev 8 il 6 ay, Vaqif Hüseynov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq orqanı tərəfindən Elxan Valiev, Əli Xangəldiyev və Vaqif Hüseynov barəsində Cinayət Məcəlləsinin 144.2.5 (Adam oğurluğu) və 133 (Əzab vermə) maddələri ilə yekun ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR