Ağcabədi rayonunda Yuxarı Qarabağ kanalında batması ehtimal olunan şəxsin axtarışları davam edir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, suda batması ehtimal olunan şəxsin axtarış tədbirlərinin effektivliyi məqsədi ilə Yuxarı Qarabağ kanalında suyun səviyyəsi aşağı endirilib.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarış əməliyyatlarını davam etdirir.
***
10:46
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.