Bank Of Baku

Ağdamda avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb - FOTO - YENİLƏNİB-2 - ADLAR

Ağdamda avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb - FOTO  - YENİLƏNİB-2  - ADLAR
# 29 aprel 2023 23:53 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Ağdamda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı mməlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, hadisə bu gün saat 20 radələrində baş verib.

Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə sürücü və sərnişinlər, rayon sakinləri Aydın Qasımov, Təhməz Musayev və Yusif İbadov ölüb, digər sərnişin Sənan Şıxıyev isə xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Saat 23:24

Ağdamda "VAZ 2107" markalı avtomobilin ağaca çırpılması nəticəsində ölən şəxslərin adı məlum olub.

APA xəbər verir ki, 27 yaşlı Qasımov Aydın Kamil oğu, onun həmyaşıdı Musayev Təhməz Taryel oğlu və 22 yaşlı İbadov Yusif Kamil oğlu yol qəzasında ölüblər.

Hadisə vaxtı avtomobildə olan dörd nəfərdən biri - 22 yaşlı Şıxıyev Sənan Siyavuş oğlu xəsarət alıb.

***

Saat 22:56

Ağdamda baş verən yol qəzasında 3 nəfər ölüb.

APA xəbər verir ki, həyatını itirənlərdən ikisinin adı məlum olub.

Aydın Qasımov və Yusif İbadov avtomobilin ağaca çırpılması nəticəsində ölüb.

Digər həyatını itirən və ağır yaralı olan şəxsin də kimliyi araşdırılır.

***

Saat 21:21

Ağdamda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə rayonun Eyvazlı kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb.

Avtomobildə 4 nəfərin olduğu deyilir.

Qəza zamanı ölən və xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR