Bank Of Baku

Göyçayda kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Göyçayda kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
# 13 noyabr 2024 11:14 (UTC +04:00)

Göyçayda suda batan şəxsin meyiti tapılıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, Yuxarı Şirvan kanalında batan 37 yaşlı Ağdaş rayon sakini İlkin Seyidovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən aşkar edilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə araşdırma aparır.

***

00:29

Yuxarı Şirvan kanalının Göyçayın Hacalıkənd kəndindən keçən hissəsində bir nəfər batıb.

APA xəbər verir ki, ilkin məlumata görə, gecə saatlarında suda batan şəxs Ağdaş rayon sakini Seyidov İlkin Bəhram oğludur.

Suda batdığı ehtimal edilən şəxsin axtarışlarına başlanılıb.

Məlumata görə, İlkin Seyidov Göyçayda mal-qara otarırmış.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR