Bank Of Baku

Ağdaşda ev yanıb

Ağdaşda ev yanıb
# 27 dekabr 2023 10:01 (UTC +04:00)

Ağdaşda fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun C.Cabbarlı küçəsində yaşayan 1965-ci il təvəllüdlü Neymətov Ərəstun Əjdər oğluna məxsus ümumi sahəsi 72 kv m olan evin 16 kv m sahəsinin tavan hissəsində yanğın olub.

Əraziyə Ağdaş yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Zamanında müdaxilə nəticəsində evin digər hissəsi yanğından mühafizə olunub. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR