Bank Of Baku

Ağdaşda TIR yanıb - YENİLƏNİB

Ağdaşda TIR yanıb - YENİLƏNİB
# 24 aprel 2023 12:27 (UTC +04:00)

Ləki qəsəbəsində TIR-da yanğın hadisəsinin baş vermə səbəbi aydın olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, yanğın maşında olan kömürdə tüstüləmə nəticəsində yaranıb.

Qısa zamanda müdaxilə olunaraq söndürülüb. Maşına ciddi ziyan dəyməyib.

İlkin ehtimala görə, yanğın maşında qızışma nəticəsində kömürün alışması ilə baş verib.

***

10:55

Ağdaşın Ləki qəsəbəsində ağır tonnajlı yük maşınında (TIR) yanğın olub.

APA -nin Şirvan bürosu xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə Bakı-Qazax yolunun Ləki qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hazırda Ağdaş yanğından mühafizə hissəsinin əməkdaşları ərazidədir. Söndürmə işləri aparılır. Yağının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR