Bank Of Baku

Ağstafada 35 yaşlı kişi bıçaqlanıb

Ağstafada 35 yaşlı kişi bıçaqlanıb
# 06 avqust 2026 00:03 (UTC +04:00)

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən mağazalardan birində qeydə alınıb.

1991-ci il təvəllüdlü B. Hüseynov bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, 35 yaşlı kişinin vəziyyəti ağırdır.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil. Faktla bağlı polis araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR