Ağstafada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 1949-cu il təvəllüdlü Raya Abdullayevanı yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil vurub. Yaşlı qadın xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır.