Bank Of Baku

Ağstafada ağır qəzada ölənlərin və yaralananların adları məlum olub- YENİLƏNİB-2 - FOTO

Ağstafada ağır qəzada ölənlərin və yaralananların adları məlum olub- YENİLƏNİB-2  - FOTO
# 29 aprel 2023 16:48 (UTC +04:00)

Ağstafada yol qəzasında ölənlərin və yaralanan şəxslərin adları məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun APA-ya verdiyi xəbərə görə, Bakı Qazax avtomagistralının Ağstafa rayon ərazisindəki yeni tikilmiş və istismara verilməmiş hissəsində "VAZ 2107" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

İlkin araşdırmalar zamanı məlum ki, "VAZ 2107" markalı avtomobildə olan Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov, 1994-cü il təvəllüdlü Ramin Məmmədov, Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənovun ölməsi, digər sərnişinlər Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.

Bundan başqa "Toyota" markalı avtomobildə olan 6 nəfərdən 3-ü orta-ağır 3-ü isə yüngül bədən xəsarətləri alıblar.

***

15:02

Ağstafada yol qəzasında yaralanan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, "Toyota" və "VAZ 2107" markalı avtomobilin toqquşması zamanı Xəlilov Orxan Məhəd (1999), Vəliyev Sənan Məhəmmədhüseyn (1994), Şərifova Aydan İlham (1994), Şərifov Raul Emin (2016), Şərifov Ramin Emin (2019), İsgəndərova Günay İlham (1984), İsgəndərova Şölə Vaqif (2008), İsgəndərov Emin Vaqif (2011) yaralanıb.

***

14:47

Ağstafa rayonunda yol qəzası zamanı 3 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində "Toyota" və "VAZ 2107" markalı avtomobilin toqquşması, Toyota markalı avtomobilin 6 sərnişinin yaralanması, "VAZ 2107" markalı avtomobildə olan 5 nəfərdən 3-nün ölməsi məlum olub.

Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı əlavə məlumat veriləcək

***

14:17

Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, qəzada bir neçə nəfər ölüb, 5 nəfərdən çox yaralı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR