Ağstafada piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini - 1972-ci il təvəllüdlü Laləzər Əliyevanı yolu keçmək istəyən zaman avtomobil vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.