Bank Of Baku

Ağstafada yol qəzasında xəsarət alan 4 nəfərin vəziyyəti məlum olub- FOTO - YENİLƏNİB

Ağstafada yol qəzasında xəsarət alan 4 nəfərin vəziyyəti məlum olub- FOTO  - YENİLƏNİB
# 23 aprel 2026 21:28 (UTC +04:00)

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (3 kişi, 1qadın) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 3 nəfər (kişi) ambulator müalicə üçün evə buraxılıb.

1 nəfərə isə instumental diaqnostik müyinələrdən keçmək üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına göndəriş verilib.

***
12:15

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Ç.Mustafayev, 1980-ci il təvəllüdlü E.Rəhimov və A.Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR