Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, Ağsu rayon Ülgüc kənd sakini, 1964-cü il təvəllüdlü Kərimova Fəridə Ağarəhim qızını maşın vurub. Nəticədə xəsarət alan qadın rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
İlham Əhmədov