Bank Of Baku

Ağsuda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb

Ağsuda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb
# 06 sentyabr 2022 11:02 (UTC +04:00)

Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında Muğanlı-İsmayıllı yolunun Ağsudan keçən hissəsində 99-LH-103 dövlət nömrə nişanlı "Opel" və 99-HB-955 dövlət nömrə nişanlı "Ford" markalı minik avtomobilləri toqquşub. Nəticədə 1954-cü il təvəllüdlü Rəcəbov Rəhim Rəcəb oğlu, 1956-cı il təvəllüdlü Rəcəbova Əsli Əhməd qızı, 1990-cı il təvəllüdlü Zahidli Zahid Həmzə oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR