İyulun 11-də Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində 2 nəfərin (biri uşaqdır) batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, Nazirlik tərəfindən həyata keçirilən çevik və təxirəsalınmaz tədbirlər nəticəsində hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
17:26
İmişlidə ata və oğlu Araz çayında batıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Araz çayının Şahverdilər kəndi ərazisindən keçən hissəsində baş verib.
Çayda çimən 1990-cı il təvəllüdlü Əliyev Asif Ələsgər oğlu və onun azyaşlı övladı 2019-cu il təvəllüdlü Əliyev Rəvan Asif oğlu boğulub.
Bir müddət əvvəl atanın meyiti sudan çıxarılsa da, azyaşlının meyitinin axtarışları davam etdirilir.
***
16:43
İyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan 2 nəfərdən birinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
FHN-dən APA-ya verilən xəbərə görə, digər şəxsin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
16:15
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Səlcuq Elçin
Əlibəy Zeynallı