Bank Of Baku

Astara çimərliyində yeniyetmə boğulub - YENİLƏNİB-1

Astara çimərliyində yeniyetmə boğulub - YENİLƏNİB-1
# 23 iyul 2023 10:16 (UTC +04:00)

Astarada dənizdə boğularaq ölən şəxsin kimliyi məlum olub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə Astara çimərliyində boğularaq ölən şəxs rayonun Şahagacı kənd sakini 2006-cı il təvəllüdlü Rəsul Rasim oğlu Həsənovdur.

R.Həsənovun cəsədi bu səhər saat 07:14 radələrində tapılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

***

saat 07.50

Astarada dənizdə batan uşağın axtarışları başa çatıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 22.07.2023-cü il tarixində Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfər uşağın axtarışları başa çatıb.

"Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib", - deyə nazirliyin yaydığı məlumatda bildirilib.

***

22.07.2023

Saat 18:02

Astarada bir nəfərin dənizdə batması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

APA - nın Cənub bürosunun verdiyi xəbərə görə, daxil olan məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Cənub" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda dənizdə batan şəxsin tapılıb, sudan çıxarılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR