Bank Of Baku

Astara sakini cərəyanvurmadan ölüb - YENİLƏNİB

Astara sakini cərəyanvurmadan ölüb - YENİLƏNİB
# 09 iyul 2023 21:45 (UTC +04:00)

Astara rayonunda cərəyanvurma zamanı ölən şəxsin kimliyi və hadisənin təfərrüatları məlum olub.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Astara rayonun Şüvi kənd ərazi inzibati ərazisinə daxil olan​ Səlivə kənd ərazisində baş verib. Kənd sakini, 2004-cü il təvəllüdlü Tofiq Abid oğlu Məlikov axşam saatlarında həyətyani bağda yetişdirdiyi sitrus meyvə ağaclarını suvarmaq məqsədi ilə su nasosunu işə salıb. Bu zaman onu elektrik cərəyanı vurub. T.Məlikov yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, T.Məlikov subay və ailənin tək oğlu idi.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

20.24

Astara sakinini elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, Astara rayonunda vətəndaşı elektrik cərəyanı vuraraq öldürüb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR