Bank Of Baku

Astarada 31 yaşlı kişi yol qəzasında xəsarət alıb - YENİLƏNİB

Astarada 31 yaşlı kişi yol qəzasında xəsarət alıb - YENİLƏNİB
# 07 avqust 2023 00:09 (UTC +04:00)

Astarada bir nəfərin xəsarət alması ilə nəticələnən qəzanın təfərrüatları məlum olub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, saat 21 radələrində Astara rayonunun Səncərədi kəndi ərazisində rayon sakini Təyyar Həbibov idarə etdiyi "VAZ- 21015" markalı avtomobillə velosipedlə hərəkətdə olan Ramil Məmmədlini vurub.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

***

21.08
Astarada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara rayonu ərazisində baş verib.

Hərəkətdə olan minik avtomobili rayonun Səncərədi kənd sakini, 1992-ci il təvəllüdlü Ramil Nağdəli oğlu Məmmədlini vurub.

Xəsarət alan R.Məmmədli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR