Avqustun 1-də saat 10:50 radələrində Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
APA xəbər verir ki, bu barədə Astara rayon prokurorluğu məlumat yayıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.
***
14.03
Astarada bu gün atasını öldürərək qaçmaqda şübhəli bilinən 1977-ci il təvəllüdlü Rəşad Əliyev saxlanılıb.
APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
***
11.59
Avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oglu, 1977-ci il təvəllüdlü Rəşad hadisə yerindən uzaqlaşıb. Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.